Çavuşoğlu və Pompeo arasında telefon danışığı olub

Çavuşoğlu və Pompeo arasında telefon danışığı olub
  20 İyul 2019    Oxunub:1462
ABŞ-ın dövlət katibi Maykl Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, danışıq zamanı ikitərəfli münasibətlər, "F-35” və “S-400” məsələləri, Suriyadakı vəziyyət, Membiçdən PKK/YPG-PYD terror qruplaşmasının çıxarılması müzakirə olunub.

Onlar həmçinin İdlibdə atəşkəsin pozulması və Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasına dair fikir mübadiləsi aparıblar.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Pompeo   Çavuşoğlu   ABŞ   Türkiyə  





Xəbər lenti