Polis iki istirahət mərkəzini cərimələdi

Polis iki istirahət mərkəzini cərimələdi
  20 İyul 2019    Oxunub:1873
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata əsasən, Lənkəran şəhəri ərazisində aparılan reyd zamanı şəhərin Kiçik Bazar ərazisində dəniz kənarında fəaliyyət göstərən “Ləzzət” və “Gəl arada bir” adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib.

Bununla bağlı F. Həsənov və K. Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Reyd zamanı, həmçinin Lənkəran şəhərinin Böyük Bazar ərazisində də aşkarlanan analoji fakta görə N. Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilib. Lənkəranda bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: Polis   Cərimə  





Xəbər lenti