Bakıda 3 evdə yanğın olub

  20 İyul 2019    Oxunub : 783
Bakıda 3 evdə yanğın olub
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 30 m² sahədə və 1 otağının yanar konstruksiyaları 15 m² sahədə, bitişik, ümumi sahəsi 110 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və tavanının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Hər üç evdəki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın