FHN 3 nəfəri boğulmaqdan xilas edib

FHN 3 nəfəri boğulmaqdan xilas edib
  20 İyul 2019    Oxunub:1574
Bu gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları batma təhlükəsi ilə üzləşən 3 nəfəri xilas edib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Lənkəran, Neftçala və Şüvəlan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər (onlardan 1 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Azvision.az


Teqlər: FHN   Batma  





Xəbər lenti