İran Britaniyaya məxsus neft tankerini saxlayıb

   İran Britaniyaya məxsus neft tankerini saxlayıb
  20 İyul 2019    Oxunub:2185
İran Böyük Britaniyaya məxsus "Stena İmpero" adlı neft tankerini Hörmüz körfəzində saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu məlumat yayıb.

Tankerin saxlanılmasına səbəb kimi onun beynəlxalq qaydalara riayət etməməsi göstərilir.

Böyük Britaniyaya məxsus tankerin İrana məxsus limana aparıldığı və lazımı prosedurların həyata keçiriləcəyi bildirilir.

Azvision.az



Teqlər: İran   Britaniya   Tanker  





Xəbər lenti