Səudiyyəli nazir “ASAN xidmət”də - Fotolar

Səudiyyəli nazir “ASAN xidmət”də -    Fotolar
  19 İyul 2019    Oxunub:2255
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaani ilə görüşüb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, görüşdə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Həmçinin Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl modeli olan “ASAN xidmət”in xarici ölkələrdə tətbiqi perspektivləri üzrə müzakirələr aparılıb və hazırda davam etdirilən əməkdaşlıqdan bəhs olunub.



Diqqətə çatdırılıb ki, Azərbaycan bu il keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumunda rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı səhəsində BMT-nin xüsusi mükafatına, “ASAN xidmət” isə 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.



Qonaq, həmçinin “ASAN xidmət” mərkəzi, ASAN Radio, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəliyyəti ilə tanış olub.



Azvision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti