683 miqrant Aralıq dənizində boğularaq ölüb

   683 miqrant Aralıq dənizində boğularaq ölüb
  19 İyul 2019    Oxunub:1991
Bu il ərzində 34 min 266 miqrant Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə keçib. Azvision.az xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Col Millman deyib.
Qeyd edək ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz azdır. Ən böyük qaçqın köçü Yunanıstana (16 min nəfərdən çox) və İspaniyaya (12 min nəfərdən çox) olub.

Təşkilatın məlumatına görə, ilin əvvəlindən Aralıq dənizində 683 qaçqın ölüb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Miqrant  





Xəbər lenti