Tankçılarımıza müasir simulyatorlarla təlimlər keçilir - FOTOLAR

 Tankçılarımıza müasir simulyatorlarla təlimlər keçilir -  FOTOLAR
  19 İyul 2019    Oxunub:2403
Tankçı olmaq şərəfdir... Bu şərəfli peşəni mükəmməl icra etmək üçün mütləqdir ki, nəzəri və praktiki bilikləri dəqiqliklə mənimsəyib təcrübi istifadədə səhvə yol verməyəsən... Bu təcrübənin qazanılması üçün isə bu gün ordumuzun maddi-texniki bazası olduqca zənginləşdirilib. Tankçılarımız bu gün yerlərdəki hərbi hissələrin özündə praktiki məşğələlərə cəlb edilir və müəyyən müddətdən sonra real döyüş tapşırıqları üçün təlimlər keçirirlər...
Budəfəki reportajımızda “N” saylı hərbi hissənin tankçıları üçün yaradılan trenajor mərkəzindən söz açacağıq. Burada yaradılan şərait və keçirilən nəzəri və praktiki dərslərlə sizi də tanış edəcəyik... Həmsöhbətimiz tank bölməsinin komandiri baş leytenant Qadir İsmayılovdur.



Baş leytenant Qadir İsmayılov:

- Trenajorların quraşdırılmasında məqsəd şəxsi heyəti praktiki məşğələlərə cəlb etməkdir. Tankçı olacaq hərbçilərimiz əvvəl bu simulyatorlar vasitəsi ilə virtual olaraq texnika ilə tanış edilir. Nəzəri hissədə oxuyub, eşidib və dərk etdiklərini bir də bu trenajorlarda virtual olaraq görürlər. Tanklarda motoehtiyatın çox sərf edilməməsi məqsədi ilə trenajorlarda şəxsi heyət örgədilir, daha sonra real təlimlərə cəlb edilir.

Gələk simulyatorların iş prinsipinə... Simulyatorlara giriş real tankda olduğu kimidir. Hərəkət əsnasında silkələnmə, sürücü-mexanik real tankda eşidəcəyi bütün səsləri, etdiyi hərəkətləri burada da eynilə yaşayır. Bütün bunlar bu cihazlara yüklənən proqlamlar vasitəsi ilə idarə edilir. Tank komandiri radioelekron rabitə vasitələri ilə hər bir tankla, yəni simuliyatorla əlaqə saxlayır. Bütün əmrlər buradan verilir və onlar da dəqiqliklə icra edirlər. Hər bir səhv və ya uğur bir-bir qeydə alınır və tankçının gündəlik göstəriciləri olaraq qeyd edilir.



Tankın içərisində olan bütün cihazlar bu simulyatorlarda da quraşdırılıb. Burada düşmən tankları, zirehli texnika və aviasiya vasitələri də proqramlaşdırılıb. Hər an düşmən tankı da atəş açıb tankımızı məhv edə bilər. Belə olan halda simulyatorun hərəkəti dayanır və yenidən işə salma üçün əmr gözləyir. Beləliklə, qeydə alınan nöqsanları həmin hərbi qulluqçu özündə qeyd edir və növbəti dərslərdə həmin səhvə yol verməmək üçün üzərində çalışır. Real döyüşdə olduğu kimi tanklar burada da döyüş aparır, ehtiyat səngərlərə yerdəyişmə edir. Tankçılarımıza ən birinci nəzəri hissə başa salınır. Daha sonra təhlükəsizlik qaydaları izah edilir və ən əsası bu şərtlərə əməl etməklə döyüş tapşırıqlarını icra etmək tapşırılır. Bütün bunları tam icra etdikdən sonra hər bir tankçı real tanklarda təlimlərə, atışlara cəlb edilir.



Bu simulyatorların effekti hər zaman özünü göstərir. Hətta uzun müddət tankçı olan hərbçilərimiz də bu trenajorlara maraq göstərirlər. Əsas odur bu qurğular tankçını yormur və düşmən tankı tərəfindən vurulanda silkənmə verir ki, tankçı vurulduğunu hiss etsin və növbəti dəfə o səhvi təkrar etməsin. Tankçılarımızın təcrübi dərslərimizi mənimsəməsi üçün qəti vaxt tətbiq edilmir. Hər bir tankçımızın hər şeyi tam dərk etdiyindən əmin olub, bundan sonra onu real texnika ilə tanış edib, təlimlərə cəlb edirik. Buradan əla qiymət alan əla da tankçı olur.



Burada hər bir tankçının bir sözü olur: Kaş ki, real döyüşdə paraçalayırdım düşmən tankını. Onu da deyim ki, ölkəmizi xarici ölkələrdə tank biatlonunda təmsil edən tankçılarımızın hər birinin yolu məhz bu simulyatorlardan keçib. Bizim də yolumuzun Şuşadan keçməsi diləyi ilə... Allah Azərbaycanımızı qorusun !!!

















Ordu.az


Teqlər: Tankçı  





Xəbər lenti