Xəzərdə 19 yaşlı gənc boğulub

Xəzərdə 19 yaşlı gənc boğulub
  19 İyul 2019    Oxunub:1743
Xəzər dənizində, qeyri-çimərlik ərazidə 1 nəfər çimərkən boğulub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər:





Xəbər lenti