İKT sektorunda çoxtərəfli formatda əməkdaşlıq müzakirə olunub

İKT sektorunda çoxtərəfli formatda əməkdaşlıq müzakirə olunub
  19 İyul 2019    Oxunub:1610
Bu gün İranın paytaxtı Tehran şəhərində 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (“Elecomp - 2019”) sərgisi işə başlayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sərginin açılış mərasimində nazir Ramin Quluzadənin rəhbərliyi ilə İrana səfər edən nümayəndə heyəti iştirak edib.

Azərbaycan “ELECOMP – 2019”da yerli texnologiya şirkətlərinin innovativ məhsul və həllərinin nümayiş edildiyi Milli Pavilyonla təmsil olunur.

Azərbaycan, İran, İraq və Qətərin sahəvi nazirlərinin iştirakı ilə təşkil olunmuş VIP tur çərçivəsində yüksək səviyyəli rəsmilər Milli Pavilyonumuzu ziyarət ediblər.

Rəsmilərə, yerli İKT şirkətlərinə, eləcə də ziyarətçilərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və ölkədə mövcud olan innovasiya ekosistemi barədə məlumat verilib. Həmçinin poçt sahəsi üzrə fəaliyyət, “Şəbəkə” layihəsi və bulud xidmətləri haqqında geniş məlumat təqdim olunub.



Səfər çərçivəsində Azərbaycan, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin dördtərəfli görüşü keçirilib. Görüşdə innovasiyalar və İKT sektorunda çoxtərəfli formatda əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. İnnovativ startaplar və İKT şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili qərara alınıb.

Həmçinin R.Quluzadə ilə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi və Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami, o cümlədən Rusiyaın Rəqəmsal İqtisadiyyat, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Konstantin Noskov arasında keçirilmiş ikitərəfli görüşlərdə müvafiq sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

İranla Azərbaycan arasında yüksək keyfiyyətli rabitənin təmin edilməsi, İrandan Azərbaycana giriş trafiki həcminin artırılması, “AzInTelecom” MMC ilə İran TİC şirkətlərinin tranzit-texniki imkanlarından qarşılıqlı istifadə edilməsi üzrə ikitərəfli görüşlər keçirilib.

Eyni zamanda İranda fəaliyyət göstərən startaplar üçün də “Fast Track” Akselerasiya Proqramının təşkil olunması müzakirə olunub. İnnovasiyalar Agentliyi və Azərbaycanda innovasiya ekosistemi barədə təqdimat edilib.

Azərbaycan nümayəndə heyəti İran Rəqəmsal İqtisadiyyat Forumunda da iştirak edib.

Azvision.az


Teqlər: İran   Rabitə  





Xəbər lenti