“Rustavi 2” televiziyasının sahibi dəyişdi

    “Rustavi 2” televiziyasının sahibi dəyişdi
  18 İyul 2019    Oxunub:2110
Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestri biznesmen Kibar Xalvaşini müxalif “Rustavi 2” televiziya kanalının sahibi kimi qeydiyyatdan keçirib.
Azvision.az xəbər verir ki, bundan sonra televiziya səhmlərinin 60%-i Kibar Xalvaşiyə, 40%-i isə “Panorama” şirkətinə məxsusdur.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi Rustavi-2 teleşirkətinin vəkillərinin və onun sahiblərinin Gürcüstan məhkəməsinə qarşı bütün iradlarını qəbul edilməz hesab edib. Onlar AİHM-ə Gürcüstanın Ali Məhkəməsinin 2017-ci ilin martında iki aşağı instansiya məhkəməsinin teleşirkətin onun keçmiş sahibi Kibar Xalvaşı və onun Panorama şirkətinə qaytarılması ilə bağlı qərarlarını qüvvədə saxladıqdan sonra müraciət ediblər.

Hazırda televiziya şirkətinin səhmdarları "Sakartvelo TV şirkəti" (51%), Levan Karamanişvili (22%), Giorgi Karamanişvili (18%), Nino Nijaradzedir (9%).

Televiziya kanalının baş direktoru Nika Qvaramiya bildirib ki, onun 2020-ci ilə qədər əmək müqaviləsi var. Buna görə də onu bu vəzifədən qovmaq asan olmayacaq.

Xatırladaq ki, Kibar Xalvaşi 2004-2006-cı illərdə “Rustavi 2”nin sahibi olub.

Şahanə Rəhimli

Azvision.az





Teqlər: Gürcüstan  





Xəbər lenti