4219 abonentin qaz təchizatı dayandırılacaq
Bu gün saat 14:00-dan işlər bitənədək qeyd edilən ərazidə 4 kənd, 5 qaçqın ailəsi və 32 hektar yaşayış sahəsi daxil olmaqla 1219 abonentin qaz təchizatı dayandırılacaq.
Həmçinin bu gün səhər saat 10:00-dan etibarən işlər yekunlaşanadək Pirallahı rayonunun yeni yaşayış massivində qaz təchizatı dayandırılacaq. Bu, ərazidə məcburi köçkünlər üçün inşa edilmiş 306 mənzildən ibarət yaşayış binasına məxsus qaz xəttinin orta təzyiqli qaz xəttinə birləşdirilməsi ilə əlaqədardır. İşlər tamamlanana qədər təqribən 3000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Azvision.az
Teqlər: Qaztəchizatı Azəriqaz