İraqda türk diplomatlarına hücum olub, ölən və yaralananlar var - Yenilənib

 İraqda türk diplomatlarına hücum olub, ölən və yaralananlar var -  Yenilənib
  17 İyul 2019    Oxunub:3791
Türkiyənin İraqın Ərbil şəhərindəki Baş Konsulluğunun əməkdaşları restoranda terrorçuların hücumuna məruz qalıblar.
Azvision.az Türkiyə KİV-lərinə istinadla bildirir ki, silahlı hücum nəticəsində 1 türk diplomat ölüb, 2-si yaralanıb. Öldürülən diplomat Türkiyənin Ərbildəki baş konsulunun müavinidir.

Hücum edən terrorçu zərəsizləşdirilib.

**

İraqın Ərbil şəhərində Türkiyə diplomatlarının olduğu restorana silahlı hücum olub. Azvision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İlkin məlumata görə, basqın zamanı azı 3 türk diplomat qətlə yetirilib. Hücum edən şəxslərin iki nəfər olduğu və atəş açdıqdan sonra hadisə yerindən naməlum istiqamətə getdikləri deyilir.

Hazırda hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları gəlib.



Kənan Məmmədov
Azvision.az



Teqlər: Ərbil   Basqın  





Xəbər lenti