İstanbulu rekord sayda turist ziyarət edib

 İstanbulu rekord sayda turist ziyarət edib
  17 İyul 2019    Oxunub:1579
Cari ilin ilk beş ayı ərzində İstanbulu ziyarət edən turistlərin sayı rekord həddə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İstanbul Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 5 ayda İstanbula 5 milyon 416 min 906 xarici vətəndaş gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur. Bundan əlavə, şəhərə 199 müxtəlif ölkədən hava yolu ilə 5 milyon 400 min 283, dəniz yolları vasitəsilə 15 min 623 xarici vətəndaş gəlib.

Qeyd edilib ki, Almaniya vətəndaşları 400 min nəfərlə şəhəri ziyarət edənlər arasında üstünlük təşkil edib. Bu siyahıda ən son yeri bir nəfərlə Tonqa Krallığı tutur.

Azvision.az


Teqlər: İstanbul   Turist   Səfər  





Xəbər lenti