Bakıda dənizdə batan 5 əcnəbi xilas edildi

 Bakıda dənizdə batan 5 əcnəbi xilas edildi
  17 İyul 2019    Oxunub:2250
FHN dənizdə batan şəxsləri ölümdən qurtarıb.
Azvision.az xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Novxanı və Şıxov sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər (onlardan 5 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Azvision.az



Teqlər: FHN   Dəniz  





Xəbər lenti