Merkel müdafiə naziri ilə bağlı söz verdi

Merkel müdafiə naziri ilə bağlı söz verdi
  16 İyul 2019    Oxunub:1767
Almaniya kansleri Angela Merkel ölkənin müdafiə naziri Ursula fon der Lyayenin istefasından sonra yeni nazirin namizədliyini tez bir zamanda müəyyənləşdirəcəyinə söz verib.
Azvision.az xəbər verir ki, bu barədə Merkel Moldovanın baş naziri Maya Sandunun da iştirak etdiyi mətbuat konfransında deyib.

“Çox sürətli əvəzetmə olacaq. Bunun üçün çox vaxt lazım deyil“,-deyə Merkel bildirib.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri Ursula fon der Leyen Avropa Komissiyası prezidentliyinə namizədliyinə görə istefası ilə bağlı açıqlama yayıb. Bildirib ki, iyulun 17-dı keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq istefa verəcək.

Şahanə Rəhimli
Azvision.az





Teqlər: Merkel   Müedafiənaziri   Almaniya  





Xəbər lenti