10 tona yaxın narkotik dövriyyədən çıxarılıb

10 tona yaxın narkotik dövriyyədən çıxarılıb
  16 İyul 2019    Oxunub:1506
Dövlət Sərhəd Xidmətinin və Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən Kebeloba kəndinin ərazisində 3 hektar sahədə yabanı halda bitən, çəkisi 9 ton olan 6000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təzəkənd kənd sakini X.Cəfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 142 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfata baxış zamanı 2 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.

Bundan başqa daxil olmuş məlumat əsasında Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Göyçəli kənd sakini X.Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 27 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti