Məktəbdən oğurluq edən şəxs tutulub

Məktəbdən oğurluq edən şəxs tutulub
  16 İyul 2019    Oxunub:1643
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini A.Laçınov RPŞ-yə ərizə ilə müraciət edərək gecə saatlarında rayonun Burzubənd kəndində yerləşən yeni tikilməkdə olan məktəbdən hər birinin uzunluğu 6 metr olan 20 bağlama döşəmə taxtasının oğurlandığını bildirib.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin rayonun Burzubənd kənd sakini İkraməli Kakayev olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı 20 bağlama döşəmə taxtası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti