Şəki Xan Sarayında xəsarət alanlardan biri dünyasını dəyişib

Şəki Xan Sarayında xəsarət alanlardan biri dünyasını dəyişib
  16 İyul 2019    Oxunub:4862
Şəkidə baş vermiş bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva vəfat edib.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, o, Şəki Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Digər yaralıların müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid çinar ağacının iri budağı qırılaraq oradakı insanların üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

Azvision.az



Teqlər: Şəki   Hadisə  





Xəbər lenti