Müalicə alan erməni əsgər fərarilik etdi

 Müalicə alan erməni əsgər fərarilik etdi
  15 İyul 2019    Oxunub:1547
Ermənistan ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu Yurik Broyan Ruhi sağlamlığı qoruma milli mərkəzində müalicə aldıqdan sonra xidmətə qayıtmaqdan imtina edib.
Azvision.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bu haqda "Facebook" səhifəsində yazıb.

O bildirib ki, hərbi polis əməkdaşları iyunun 6-dan mərkəzdə müalicə alan Broyanı hərbi hissəyə geri qaytarmaq üçün ora gediblər. Məlum olub ki, əsgər mərkəzdə yoxdur.

Broyan xəstəxanadan ayrılaraq naməlum istiqamətdə gedib. Hərbi polis onun anası ilə əlaqə saxlayıb. Məlum olub ki, Broyan hərbi hisəyə qayıtmaq istəmir.

Hərbi polis onun hərbi hissəyə qayıdılması üçün tədbir görür.

Şahanə Rəhimli
Azvision.az







Teqlər: Ermənistan   Əsgər  





Xəbər lenti