Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  15 İyul 2019    Oxunub:1594
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də paytaxt sakini M.Ramazanovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan V.Dəmirçiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun aprelin 22-dən iyunun 26-dək olan müddətdə 2 avtomobildən pul və sənəd, habelə N.Yusifliyə məxsus velosipedi oğurlaması da müəyyən edilib.


Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti