Xalq Hərəkatının Qərargahına basqın edilməsi barədə xəbər yalandır - BŞBPİ
"Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan H.Əliyev, bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə, icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib.
Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan H.Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb. Bu barədə H.Əliyev polis müraciət edib. Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır".
Azvision.az