PKK-çıların törətdiyi partlayışda 8 yaşlı uşaq öldü

PKK-çıların törətdiyi partlayışda 8 yaşlı uşaq öldü
  15 İyul 2019    Oxunub:1457
Türkiyənin Tunceli vilayətinin Ovacıq rayonunda PKK terrorçularının əvvəlcədən əraziyə yerləşdirdiyi mina partlayıb.
Azvision.az xəbər verir ki, partlayış nəticəsində 8 yaşlı Ayaz Güloğlu həlak olub.

Onun 4 yaşlı bacısı Bahar Güloğlu isə yaralanıb. O, jandarmaya aid helikopterlə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: PKK   Mina  





Xəbər lenti