Dənizə düşən 17 yaşlı qız xilas edildi

Dənizə düşən 17 yaşlı qız xilas edildi
  15 İyul 2019    Oxunub:1734
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Sumqayıtdakı Dənizkənarı Bulvarın qeyri-çimərlik ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
FHN-dən Azvision.az
-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dərhal hadisə yerinə cəlb olunan müvafiq qüvvələri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Onun 2002-ci il təvəllüdlü Günəş Umudova olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti