Bakıda yanğın, 2 nəfər xəsarət alıb

 Bakıda yanğın,    2 nəfər xəsarət alıb
  15 İyul 2019    Oxunub:2555
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Nərimanov   Yanğın  





Xəbər lenti