Pakistanda daşqın, ölənlər var

Pakistanda daşqın, ölənlər var
  15 İyul 2019    Oxunub:1866
Pakistanın Kəşmir bölgəsində daşqın 22-dən çox adamın ölümünə səbəb olub.
Azvision.az Sinxua agentliyinə istinadən xəbər verir ki, güclü yağışların yaratdığı daşqın Nil vadisində turistlərin yerləşdiyi ərazidə 150-yə yaxın evin, 2 məscidin dağılmasına səbəb olub.

Həlak olanlar arasında təhlükəsizlik xidmətinin 2 əməkdaşı, 11 yerli sakin və məscidlərə ibadət etmək üçün gələn 11 nəfər var. Evlərini hələ də tərk etməyən sakinlərin evakuasiya edilməsi gözlənilir.

Hökumət daşqından zərər çəkənlər üçün müvəqqəti düşərgə təşkil edib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Pakistan   sel  





Xəbər lenti