7 il sonra övladı olacağını öyrənən ata infarktdan vəfat edib

 7 il sonra övladı olacağını öyrənən ata infarktdan vəfat edib
  13 İyul 2019    Oxunub:2680
Türkiyənin Kastamonu vilayətində 1 az yaşlının ölümünə, 2 nəfərin yaralanmasına səbəb olan ağır qəza qeydə alınıb.
Azvision.az xəbər verir ki, qəzaya uğrayan avtomobildə olan 1.5 yaşlı Ülkü Mutlu həlak olub, anası və nənəsi isə yaralanıb.

Qeyd edək ki, vəfat edən 1.5 yaşlı Ülkü Mutlu ailənin 7 il sonra dünyaya gələn yeganə övladı olub. Digər faciəli məqam isə azyaşlının atası Mutlu Qəhrəmanın onun dünyaya gələciyini öyrəndiyi gün sevincdən vəfat etməsidir. Belə ki, sevincli xəbəri alan ata dostları ilə bu hadisəni qeyd edib. Evə qayıtdıqdan bir müddət sonra isə infarktdan vəfat edib.



Kənan Məmmədov
Azvision.az


Teqlər: Ailə   Faciə   Qəza  





Xəbər lenti