İlham Əliyevdən həmkarına təbrik

İlham Əliyevdən həmkarına təbrik
  30 Noyabr 2013    Oxunub:1119
İlham Əliyev bir sıra ölkələrin dövlət başçılarını təbrik edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi arzulayıram".

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyanı da təbrik edib.

Məktubda bildirilir: "Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim sülh və firavanlıq diləyirəm".

Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma ünvanladığı təbrik məktubunda isə deyilir: "Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza daim sülh və firavanlıq diləyirəm".

Prezident İlham Əliyev, həmçinin Rumıniyanın Prezidenti Zati-aliləri cənab Trayan Beseskunu təbrik edib.

Təbrikdə qeyd olunur: "Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Rumıniya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı möhkəm dostluq əlaqələri siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımıza yol açmışdır.

Əminəm ki, dostluq münasibətlərimizin və strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Teqlər:  





Xəbər lenti