Yaponiyada güclü zəlzələ olub

Yaponiyada güclü zəlzələ olub
  13 İyul 2019    Oxunub:1531
Yaponiyanın cənubundakı Okinava adası sahillərində 6.1 bal gücündə zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Naxa şəhərindən 350 kilometr şimalda qeydə alınıb.

Zəlzələnin episentri 237 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Azvision.az


Teqlər: Yaponiya   Zəlzələ   Sunami  





Xəbər lenti