Çinin cənub və şərqi su altında qalıb: 60 nəfər ölüb

   Çinin cənub və şərqi su altında qalıb:    60 nəfər ölüb
  12 İyul 2019    Oxunub:2239
Çinin cənub və şərqində davam edən güclü yağış və daşqınlar nəticəsində 60-dan çox adam ölüb, 14 nəfər isə itkin düşüb. Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, yağışlar demək olar ki, bir ay ərzində Çinin cənub və şərq hissəsində yerləşən səkkiz əyalətində dayanmadan yağıb.
Fəlakət bölgəsində ümumilikdə 49 şəhər, 277 rayon və 5,3 milyon sakin var. Qeyd olunub ki, 356 min yerli sakin təhlükəsiz yerlərə evakuasiya edilib, 153 min nəfərin isə təcili yardıma ehtiyacı var.

Bundan başqa davam edən yağışlar nəticəsində 370 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaqlara ziyan dəyib, 9,3 min yaşayış binası dağılıb, birbaşa iqtisadi zərər isə 13,3 milyard yuan (təxminən 2 milyard dollar) təşkil edib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Çin   Daşqın   Sel  





Xəbər lenti