Apple Watch saatları sahibini gizli dinləyirmiş - Qalmaqal

   Apple Watch saatları sahibini gizli dinləyirmiş -    Qalmaqal
  12 İyul 2019    Oxunub:5735
Apple Watch saatlarında sahibini gizli dinləməyə imkan verən proqram aşkarlanıb. “Walkie-Talkie” (Ratsiya) adlanan bu proqram iPhone sahibinin xəbəri olmadan onun danışıqlarını qeydə ala və göndərə bilir.
Azvision.az “TechcCrunch” saytına istinadla xəbər verir ki, Apple şirkəti problemi etiraf edib və istifadəçilərdən üzr istəyib.

Ekspertlərin fikrincə isə, “ağıllı saatlar” hələ tam test olunmadığından, onlardan casusluq məqsədilə istifadə olunması riski çox yüksəkdir.

Yada salaq ki, ilin əvvəllərində Apple şirkətinə məxsus FaceTime videoçat proqramında da belə boşluq tapılmışdı. Fevralda məlum olmuşdu ki, iPhone proqramlarının çoxu sahibinə bildirmədən ekranda olan bütün informasiyaları yazır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Apple-Watch  





Xəbər lenti