Tailandda təyyarə qəzası, pilot öldü

Tailandda təyyarə qəzası, pilot öldü
  11 İyul 2019    Oxunub:1451
Tailandda Hərbi Hava Qüvvələrinin L-39 təlim-məşq təyyarəsi ölkənin şimalında, Çianqmay vilayətində qəzaya uğrayıb.
Hadisə nəticəsində pilotlardan biri ölüb, digər isə yaralanıb.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarəni pilot-təlimatçı və kursant idarə edib. Çianqmay vilayətinin 411-ci təlim eskadrilyasına məxsus və qırıcı pilotların təlimi üçün istifadə olunan təyyarə təlim uçuşu edən zaman mühərriki sıradan çıxıb.

Mühərrik dayanan zaman təyyarə aşağıdan uçuş edib və hər iki təyyarəçi təyyarədən çıxa bilib.

Pilotlardan biri paraşütlə eniş edərkən ağaca dəyərək həlak olub, digəri isə ciddi zədə alsa da sağ qalıb.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Tailand   Qəza  





Xəbər lenti