Çin sahillərində gəmi batıb, 32 nəfər itkin düşüb

  11 İyul 2019    Oxunub : 1090
Çin sahillərində gəmi batıb, 32 nəfər itkin düşüb
Cənub- Çin dənizində, Nanşa adasının su hövzəsində balıqçı gəmisi batıb.
Cənub- Çin dənizində, Nanşa adasının su hövzəsində batan balıqçı gəmisinin heyyəti yaxınlıqdan keçən Vyetnam balıqçı gəmisi tərəfindən xilas edilib. Bildirilib ki, xilas edilən 32 nəfərin həyatı təhlükəsi yoxdur.
...


Azvision.az xəbər verir ki,bu barədə məlumatı Çinin Mərkəzi televiziyası yayıb.

Bildirilib ki, hadisə gecə saatlarında baş verib. Gəmi həyəcan siqnalı verdikdən sonra onunla əlaqə itib.

Fövqəladə xidmət hələ də gəmini tapa bilməyib, buna görə də onun batdığı ehtimal edilir. İlkin məlumatlara görə, gəmidə 32 nəfər olub və onların taleyi hələ də məlum deyil. Axtarışa hərbi gəmilər və helikopterlər cəlb olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin   Gəmi