Mütəllibov Heydər Əliyevin gəlişindən niyə qorxurdu?

Mütəllibov Heydər Əliyevin gəlişindən niyə qorxurdu?
  30 Noyabr 2013    Oxunub:6192
Deputatın qələmə aldığı sensasialı kitab təqdim olunacaq.

Nasir, publisist, millət vəkili Elmira Axundovanın uzun zamandır böyük müzakirələrə səbəb olan “Heydər Əliyev: Şəxsiyyət və zaman” roman-tədqiqatının 5-ci cildi nəhayət təqdimatı olacaq. AzVision.az-a bu barədə deputat özü məlumat verib.

E.Axundova bildirib ki, kitabda Heydər Əliyevlə indiyədək bilinməyən faktlar öz əksini tapıb. Onun sözlərinə görə, kitabda Ayaz Mütəllibov Heydər Əliyevin Azərbaycana gəlməsindən nəyə görə qorxurdu? Rəsmi Bakı ilə Naxçıvan Muxtar Respublikası arasında “müharibə qanunları”nın səbəbi nə idi? - “Yeni Azərbaycan” partiyasının yaranmasının təşəbbüskarları kim idi? - Naxçıvandakı 24 oktyabr 1992-ci il çevriliş cəhdinin gizli məqamları nə idi? - 1993-cü ilin fevralında Heydər Əliyev və Əbülfəz Elçibəy təkbətək görüşdə nəyi müzakirə ediblər? - 4 oktyabr 1993-cü il çevrilişindən qabaq Surət Hüseynov və Heydər Əliyev həqiqətənmi görüşüblər? Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanmasına necə nail oldu? Suallarına aydınlıq gətirilib.

Elmira Axundova qeyd edib ki, kitabda cərəyan edən hadisələr 1990-1993-cü illəri əhatə edir.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti