Maşından külli miqdarda narkotik tapılıb

Maşından külli miqdarda narkotik tapılıb
  09 İyul 2019    Oxunub:1650
Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini R.Nuriyevin “Hyundai” markalı avtomobilindən 320 qram heroin, 86 qram tiryək və 53 qram metamfetamin aşkar edilərək götürülüb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yeyənkənd kəndi ərazisindəki meşəlik sahədə kultivasiya yolu ilə yetişdirilmiş 228 ədəd çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti