Ermənistanda məmur rüşvətə görə həbs olunub

   Ermənistanda məmur rüşvətə görə həbs olunub
  09 İyul 2019    Oxunub:2136
Ermənistanda Dövlət Gəlir Komitəsinin əməkdaşı rüşvət aldığına görə həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. Bildirilib ki, Horis şəhərinin müfəttişi tikinti daşlarının qanunsuz hasil edilməsinə və alqı- satqısına göz yumub və “Kapuyt bazalt” şirkətindən rüşvət kimi 1,250 dollar (600 min dram) tələb edib.

Həmçinin qeyd edilir ki, təşkilat işçilərinin əksəriyyəti qeydiyyatdan keçirməyib. Nəticədə, 2017-2018-ci illərdə şirkət vergi ödəmədən 700 kubmetr ( 36,500 dollar və ya 17,5 milyon dram məbləğində) material çıxararaq satıb.

Tədqiqat şöbəsi bununla bağlı cinayət işi açıb, DGK-nin müfəttişi həbs olunub.

Azvision.az


Teqlər: Ermənistan   Rüşvət  





Xəbər lenti