AMEA helikopterlə yoxlama apardı

AMEA helikopterlə yoxlama apardı
  30 Noyabr 2013    Oxunub:1072
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu ölkə ərazisində palçıq vulkanlarının helikopterlə tədqiqini həyata keçirib.
AMEA_dan Azvision.az-a daxil olan məlumata görə, aerotədqiqat işləri Abşeron, Şamaxı-Qobustan və Aşağı Kür neftli-qazlı rayonlarında yerləşən aktiv vulkanları, eləcə də Bakı arxipelaqındakı ada vulkanları üzərində aparılıb. Bu işlər “Dünya palçıq vulkanları” atlasının çapa hazırlanması ilə əlaqədar təşkil edilib. Tədqiqat zamanı palçıq vulkanlarının fəaliyyətinə dair yeni məlumatlar da alınıb.

İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev qeyd edir ki, vulkanların aerofotoşəkilləri ilk dəfə Azərbaycan palçıq vulkanları atlasının tərtib olunması və onun 1971-ci ildə nəşri ilə əlaqədar əldə edilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti