Naxçıvanda baş verən cinayətlərin hamısı açılıb

   Naxçıvanda baş verən cinayətlərin hamısı açılıb
  09 İyul 2019    Oxunub:2322
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-cu ilin I yarım ilində polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, 2019-cu ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayında 36 faiz azalma olub, baş verən cinayət hadisələrinin açılması 100 faiz təşkil edib.

Qeyd olunub ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən uğurlu əməliyyat tədbirləri bu sahədə istər faktların, istərsə də qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin və psixotrop maddələrin çəkisində yüksək artımın müşahidə olunması ilə nəticələnib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   DİN  





Xəbər lenti