Hacıqabulda yol qəzası: 1 ölü

Hacıqabulda yol qəzası:    1 ölü
  09 İyul 2019    Oxunub:2911
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunun Muğan qəsəbəsində "KamAZ" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ " markalı yük avtomobilinə çırpılıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Tağıyev Fikrət Əvəz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Azvision.az


Teqlər: Qəza   FHN  





Xəbər lenti