Söyüşün cavabı: Gürcüstana yeni sanksiyalar qoyulacaq

      Söyüşün cavabı:    Gürcüstana yeni sanksiyalar qoyulacaq
  08 İyul 2019    Oxunub:15839
Gürcüstanın “Rustavi-2” televiziyasının əməkdaşı Georgi Qabuniya öz müəllif verilişində Rusiya prezidenti Vladimir Putini küçə söyüşləri ilə təhqir edəndən sonra iki ölkə arasında münasibətlər bir qədər də pisləşib.
Azvision.az xəbər verir ki, Rusiya Dövlət Dumasının “Vahid Rusiya” fraksiyası təhqirlərdən sonra Gürcüstanla iqisadi əlaqələrin kəsilməsini təklif edib. Dumanın Beynəlxalq Əlaqələr Komitəsi isə Gürcüstandan şərab və su idxalına məhdudiyyət qoyulması təklifini dəstəkləyib. Bunu komitənin rəhbəri Leonid Slutski deyib: “Əlavə sərt tədbirlər görülməlidir. Beynəlxalq Əlaqələr Komitəsi “Vahid Rusiya” fraksiyası rəhbərliyinin səsləndirdiyi təklifi dəstəkləyir. Gürcüstandan şərab, su idxalı məhdudlaşdırılmalı, ölkələr arasında pul köçürmələri dondurulmalıdır”.

Bu arada Rusiyadan Gürcüstana gedən turistlərin sayında da kəskin azalma qeydə alınıb. Kutaisinin turizm mərkəzinin sözçüsü Mari Devidzenin sözlərinə görə, iyunun 20-nə qədər onlara hər həftə təxminən 600 rusiyalı müraciət etdiyi halda, indi bu rəqəm kəskin azalıb. Təkcə bir həftədə 207 nəfər menmahxalarda bron etdikləri nömrələrdən imtina ediblər.

Rusiyanın bəzi mədəniyyət xadimləri bundan sonra bir də heç vaxt Gürcüstana qastrola getməyəcəklərini bəyan ediblər.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova hadisəyə münasibət bildirərkən deyib ki, “Bu, Gürcüstanın faciəsidir”.

Gürcüstanda yüzlərlə insan şirkətin qabağına toplaşaraq, Rusiya prezidentinin ünvanına söyüşlərə etirazlarını bidiriblər. “Rustavi-2” televiziyasının bəzi əməkdaşları isə həmkarları Georgi Qabuniyanın təhqirlərinə cavab olaraq, işdən çıxdıqlarını bildiriblər. Kanalın operatoru Levan Marqvelaşvili kamerasını və vəsiqəsini nümayişkaranə şəkildə tullayaraq, “Məim də ailəm var və istəmirəm ki, sabah məni də təhqir etsinlər”,- deyib. Kanalın prodüserlərindən Levan Rostomauli də ona qoşulub.

Gürcüstanın keçmiş prezidenti, hazırda Ukraynada yaşayan Mixeil Saakaşvili hadisəni şərh edərkən bildirib ki, “Emosionallığı və isteriyanı düzgün saymır, çünki bu, işimizə fayda verməyəcək”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Gürcüstan   Rusiya   Qabuniya  





Xəbər lenti