Rusiyadan Gürcüstana pul köçürmələri qadağan oluna bilər

  08 İyul 2019    Oxunub : 931
Rusiyadan Gürcüstana pul köçürmələri qadağan oluna bilər
Rusiya Dövlət Dumasının deputatları ölkəyə gürcü çaxırlarının və sularının idxalına son qoyulması, habelə Gürcüstana pul köçürmələrinin qadağan olunması ilə bağlı müzakirələr aparacaqlar.
Azvision.az xəbər verir ki, bu barədə dumanın vitse-spikeri Sergey Neverov bildirib.

Onun sözlərinə görə, Gürcüstanda baş verən anti-Rusiya fəaliyyəti adekvat cavab tələb edir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb. Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb.

Şahanə Rəhimli

Azvision.az

Teqlər: Rusiya   Duma