Sumqayıtda ruhi xəstə inthara cəhd edib

Sumqayıtda ruhi xəstə inthara cəhd edib
  30 Noyabr 2013    Oxunub:995
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində mənzildə 1nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs ruhi xəstədir və giriş qapısını içəridən intihar etmək məqsədilə bağlayıb.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti