İndoneziyada güclü zəlzələ: Sunami gözlənilir
Yeraltı təkanlar Molukka dənizində, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ Terante şəhərinin sakinlərinin təşvişinə səbəb olub. Bununla yanaşı İndoneziya hökuməti rəsmiləri sunami təhlükəsinə qarşı əhaliyə xəbərdarlıq edib.
Qeyd edək ki, hələlik dağıntı və insan tələfatı barədə məlumat verilmir.
Kənan Məmmədov
Azvision.az