Qoyulan vaxt bitdi: İran nüvə proqramını bərpa edir

   Qoyulan vaxt bitdi:    İran nüvə proqramını bərpa edir
  07 İyul 2019    Oxunub:7044
Bu gün İranın ABŞ və Avropa Birliyinə verdiyi vaxt başa çatır. Mayın 8-də Tehran xəbərdarlıq etmişdi ki, əgər 60 gün ərzində ona qarşı qoyulan sanksiyalar ləğv olunmasa, nüvə anlaşmasından çıxaraq, uranın zənginləşdirilməsini davam etdirəcək.
Yada salaq ki, İran ilə “Altılıq ölkələri” arasındakı nüvə anlaşması 2015-ci ildə imzalanmışdı. Müqaviləyə görə, İran özünün nüvə proqramından imtina edir, uranın zənginləşdirilməsini dayandırır, 300 kq-dan artıq uran ehtiyatlarını isə satmağa razılaşırdı. Əvəzində ona qarşı qoyulan bütün iqtisadi və ticari sanksiyalar aradan qaldırılırdı. Amma Tramp hakimiyyətə gələndən sonra, 2018-ci ilin mayında İrana qarşı sanksiyaları yenidən bərpa etdi.

Ötən ayın 3-də İran prezidenti Həsən Ruhani bəyan etmişdi ki, əgər qoyulan müddətə qədər sanksiyalar ləğv olunmasa, Arakda yerləşən nüvə reaktorunun işi bərpa olunacaq və uranın 3,67%-dən yuxarı saflaşdırılmasına başlanılacaq.

Leyla Elbrusqızı

Azvision.az



Teqlər: İran   Nüvə  





Xəbər lenti