Fransa Hindistana iki ildə 36 qırıcı satacaq

Fransa Hindistana iki ildə 36 qırıcı satacaq
  06 İyul 2019    Oxunub:1480
Fransa Hindistanın sifariş verdiyi 36 ədəd “Rafale” tipli qırıcı təyyarənin ilk parityasını yaxın iki ayda bu ölkəyə təhvil verəcək.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransanın Hindistandakı səfiri Aleksandr Çiqler bildirib. Onun sözlərinə görə, 36 qırıcı təyyarənini tam təhvili iki il ərzində baş tutacaq.

Səfir əlavə edib ki, Hindistan “Rafale” tipli qırıcı təyyarələri almaqla özünün HHQ sistemini daha da gücləndirəcək.


Azvision.az


Teqlər: Fransa   Qırıcı  





Xəbər lenti