Fransanın 32 vilayətində içməli su çatışmır

   Fransanın 32 vilayətində içməli su çatışmır
  06 İyul 2019    Oxunub:1901
Fransada havanın isti keçməsi ilə bağlı 32 vilayətdə sudan istifadəyə məhdudiyyət qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə Le Monde nəşri məlumat yayıb. Qeyd olunub ki, bəzi ərazilərdə vəziyyət kritikdir.

Ölkənin cənubuda olan 5 vilayətdə sudan istifadəyə ciddi nəzarət olunur. Belə ki, qəbul olunan qərara əsasən öncə Səhiyyə xidməti göstərən sahələr sudan istifadə etməlidir. Daha sonra müəyyən edilən qurumlar.

Xatırladaq ki, cari ilin iyun ayı Fransa ərazisində havanın tempraturu iqlim normasından yüksək olub - 33 dərəcə. Buna səbəb isə Saxra səhrasından daxil olan isti hava kütlələridir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Fransa   Su  





Xəbər lenti