Türkiyədə partlayış olub, iki nəfər ölüb

Türkiyədə partlayış olub, iki nəfər ölüb
  05 İyul 2019    Oxunub:1423
Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonunda avtomobildə partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatay əyalətinin valisi Rahmi Doğan partlayışın hansı səbəbdən baş verdiyinin məlum olmadığını deyib. Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Partlayış  





Xəbər lenti