Lukaşenkonun eks-köməkçisinə 12 il həbs verildi

 Lukaşenkonun eks-köməkçisinə 12 il həbs verildi
  05 İyul 2019    Oxunub:2275
Belarus Ali Məhkəməsi prezident Aleksandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneykonu rüşvət almaqda təqsirli bilərək, onu 12 il müddətinə azadlıqdan mərhum edib.
Azvision.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, sabiq köməkçi əmlakı müsadirə olunmaqla cəzasını ağır rejimli həbsxanada çəkəcək.

Qeyd edək ki, S.Rovneyko bu ilin may ayında 200 min dollar rüşvət aldığına görə saxlanılmışdı.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Lukaşenko   Rüşvət   Həbs  





Xəbər lenti