Rusiya mühüm müqavilədən çıxdı

 Rusiya mühüm müqavilədən çıxdı
  03 İyul 2019    Oxunub:2173
Rusiya prezidenti Vladimir Putin ölkənin yaxın və ortamənzilli raketlərin ləğvi müqaviləsindən çıxması ilə bağlı federal qanunu imzalayıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, raket sazişinin dayandırılmasını Rusiya lideri mayın sonunda tətbiq edib.

Sənəd iyun ayında Dövlət Dumasında və Federasiya Şurasında qəbul edilib.

Qeyd edək ki, müqavilədən ilk çıxan ABŞ olub. Rəsmi Vaşinqton bildirib ki, Rusiya Federasiyası müqavilənin şərtlərini pozduğu üçün ABŞ belə bir qərar qəbul edib. Rəsmi Moskva isə Amerika tərəfini hər hansı bir sübut təqdim etməyə çağıraraq, iddiaları rədd edib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Rusiya   Raket  





Xəbər lenti