İrəvanda “qanuni oğru” qətlə yetirilib

 İrəvanda “qanuni oğru” qətlə yetirilib
  03 İyul 2019    Oxunub:2358
Ermənistanın paytaxtı İrəvanda "Andik" ləqəbli "qanuni oğru" Andranik Arutyunan qətlə yetirilib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə iyulun 2-dən 3-nə keçən gecə Mikoyan küçəsində baş verib.

45 yaşlı kriminal avtoritet naməlum şəxs tərəfindən güllələnib. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlsə də onun həyatını xilas etmək mümkün olmayıb. Hüquq- mühafizə orqanları qətllə bağlı araşdırma aparır.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Ermənistan   Qətl   Oğru  





Xəbər lenti